Azərbaycanda seçicilərin sayı açıqlanıb

Fidan Məmmədli
1 Min Read

Ölkə üzrə seçicilərin daimi siyahısı tərtib edilib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda 2025-ci il üzrə daimi seçicilərin ümumi sayı 6 milyon 302 min 93 nəfər nəfərdir, onların da 28 min 390 nəfəri bu il səsvermə hüququ qazanıb.

MSK sədri bildirib ki, seçicilərin 2 milyon 997 min 700  nəfəri kişi, 3 milyon 304 min 393 nəfəri isə qadındır:

“Seçicilərdən 19-29 yaş arası olanlar 1 milyon 155 min 899 nəfər, 30-39 yaş arası 1 milyon 473 min 95 nəfər, ümumilikdə 5 milyona yaxın seçici isə 60 yaşa qədər olanlardır”.

    Share This Article
    Şərh edilməmiş