Aylıq sosial müavinətlər 462 min 400 nəfəri əhatə edir və 12 növ üzrə verilir.
Bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədr müavini Əli Mövsümov mayın 29-da Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, birdəfəlik sosial müavinətlər 7 növ üzrə 21 min 100 nəfəri əhatə edir:
“Hər ay 402 minə yaxın insan 16 növ təqaüd alır”.