Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı AÇIQLANDI

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri mənbəyə əsasən bildirib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

“Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək”, – o bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər – Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş