“AzərEnerji” Heydər Əliyevlə bağlı tədbirlər keçirib – Fotolar

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

“AzərEnerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Məlumata görə, tədbirdən əvvəl “AzərEnerji” rəhbərliyi və məsul şəxslər Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Sonra “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris kompleksində elmi-praktik konfrans keçirilib. Səhmdar Cəmiyyətin məsul şəxsləri ilə yanaşı elm adamları, ictimai xadimlər, millət vəkillərinin də iştirak etdiyi tədbirdə Ulu Öndərin energetika sahəsi üzrə fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra energetika sektorunda Sovet rəhbərliyinin maneçiliyinə baxmayaraq Azərbaycan enerjisistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsini qoymasından bəhs edilib. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan elektroenergetika sahəsində əməli fəaliyyətə keçməsi Ulu Öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində həyata keçirilən islahatlardan danışılıb.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş