Aprel 26, 2025
Mətbuat pr 32, Bakı
Texnologiya

“Azəristiliktəchizat”: Mənzillərdə istilik sistemlərinin sayğaclaşdırılması texniki cəhətdən mümkün deyil

“İstilik sistemlərinin mənzillərdə sayğaclaşdırılması texniki cəhətdən çətin hesab edilir. Bu məsələyə həll tapmaq üçün mənzillərə otaqlardakı batareyaların üzərinə xüsusi qurğular – datçiklər quraşdırılmalıdır. Lakin bu proses çox bahalıdır və Azərbaycan şərtlərində həyata keçirilməsi çətin görünür” – bu fikirləri “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında dile getirib.

Mirzəyev deyib ki, “Biz enerji sərfiyatını dəqiqləşdirmək məqsədi ilə binaya sayğac qoymaq təklif edirik, mənzillərə deyil. Beləliklə, binaya göndərilən enerji mənzillərin sayına uyğun şəkildə taksim ediləcək və onun həcmi müəyyən ediləcək.”

Mənbə: APA

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video