Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
İqtisadiyyat

Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur – Fotolar

Təmizlik Vasitələri fabrikində jurnalistlər üçün görüş keçirilib.

Görüş zamanı media nümayəndələrinə fabrikin istehsal prosesini yaxından tanımaq imkanı təqdim edilib. Eyni zamanda, istehsal olunan markalar və bu məhsulların keyfiyyət standartları barədə geniş məlumat verilib.

Təmizlik vasitələri necə istehsal olunur?

2022-ci ildən fəaliyyət göstərən müəssisə qısa müddət ərzində Azərbaycanda təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəlib. Hal-hazırda fabrikin illik istehsal gücü 22 min ton təşkil edir və istehlakçılar tərəfindən yüksək qiymətləndirilir.

Fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş qabaqcıl avadanlıqlardan istifadə olunur. Müəssisənin laboratoriyasında bütün məhsullar keyfiyyət nəzarətindən keçir. Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə zəmin yaradır.

Eyni zamanda, təmizlik məhsullarının seçilməsində dayanıqlılıq və ətraf mühitə təsir amillərinə xüsusi diqqət edilir. Dayanıqlı məhsullar yenidən emal oluna bilən materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi maddələr minimuma endirilir. Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər vermədən parçalanır və su hövzələrini çirkləndirmir. Bu cür məhsullar ev təsərrüfatlarında təhlükəsiz istifadə imkanı yaradır, həmçinin ekosistemin qorunmasına töhfə verir. Heyvanlar üzərində test olunmayan məhsullar isə canlıların, həmçinin ölkənin rifahını düşünən istehlak nümunəsidir.

Təmizlik vasitələri fabrikində Crystalex, Wipelex, Pure Sense, OxyWhite, Praxi və Biodax kimi geniş çeşiddə məhsullar istehsal olunur. Aralarında qab yuyucu şampunlar, maye sabunlar, şüşə təmizləyicilər, ağardıcılar, dezinfektantlar və səth təmizləyiciləri kimi gündəlik həyatda istifadə edilən müxtəlif təmizlik vasitələri mövcuddur. Hər bir məhsulun formulu istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə hazırlanıb və alıcılar tərəfindən yüksək qiymətləndirilir.

Məhsulların keyfiyyəti, effektivliyi və sərfəli qiymətləri müştərilərin diqqətini cəlb edib və onların etimadını qazanıb.

Görüşdə Təmizlik Vasitələri Fabrikinin sektordakı gələcək hədəfləri və planları barədə informasiya verilib. Fabrik rəhbərliyi, gələcəkdə daha çox məhsul çeşidi istehsal etməyi və müştəri tələblərinə uyğun istehsal gücünü artırmağı planlaşdırdıqlarını bildirib.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video