“Getmək istəyənlərin vaxtını dəyişiblər. Hətta uçuş vaxtını iyunun 2-nə yazdıqları var. Taksidə, köhnə avtobuslarda da belə səliqəsizlik olmayıb”.
Bu sözləri şair Nazilə Səfərli instaqramda paylaşdığı videoda deyib. Uçuşlar ləğv olunduğu üçün Moskvada hava limanında qalan şar AZAL-dan şikayət edib:
“Ən çox ürəyimi ağrıdan isə AZAL-ın bizimlə düşmən mövqeyində durmasıdır. Ekonom biletin qiymətini 1300 manata qaldırıblar. Allah insafınızı kəssin. Bizim xalqa düşmən lazım deyil. Kaş aidiyyatı qurumlar səsimi eşidə. Qiymət qaldırmaq nə deməkdir? Biznes sinfi 1500, ekonom isə 1300 manat. Camaat ailəsi, uşağı ilə gedir, bir evə 5 bilet lazımdır. Bəlkə, bundan sonra mənə də AZAL-da problem olacaq. Amma çarəsiz insanlar görürəm. Elə mən də çarəsizəm. Heç kim pulu yerdən yığmır. Qazandığımızın 70 faizini sizə ödəyirik, burnunuzdan gəlsin”.