Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən 247press-in məlumatına görə, avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Hansı çaylarda sululuq artıb?
Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.