24 may saat 08:00-dan 27 may saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyət səbəbindən:
– 30 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti (“Xalqlar dostluğu” metrostansiyası) və Babək prospekti;
– 32 nömrəli müntəzəm marşrut Bəhruz Nuriyev küçəsi, Qara Qarayev prospekti və Dakar dairəsi ilə hərəkət edəcək.