İspaniyada baş vermiş elektrik kəsintisi atom elektrik stansiyalarının (AES) təhlükəsizliyinə təsir etməyib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsində bildirib ki, “BAEA İspaniyanın nüvə tənzimləyicisindən vəziyyətin sabit və nəzarət altında olduğuna dair təsdiq alıb. Nüvə və fiziki təhlükəsizlik pozulmayıb.” Gözlənilənə görə, bəzi AES-lər xarici ehtiyat enerji mənbələrindən istifadə edir. Bugün genişmiqyaslı elektrik kəsintisi İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsini işıqsız, internetsiz qoyub və metro fəaliyyətini dayandırıb.
Mənbə
BAEA: İspaniyada AES-lərdə təhlükəsizliklə bağlı vəziyyət nəzarət altındadır
