Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .
İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.