Bakıda avtobus sayını daha da artıracağıq

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Hazırda Azərbaycanda yerli şirkətlərə məxsus 14 minə yaxın “TIR” adlanan nəqliyyat vasitələri fəaliyyət göstərir.

Məlumata görə, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direktorudu Vəli Məmmədov deyib.

O bildirib ki, bu 2022-ci illə müqayisədə 10 min ədəd artım deməkdir:

“Bu, həm də yeni iş yerləri deməkdir. Sərnişin daşıma sahəsində Bakıda 2200-dən çox avtobus fəaliyyət göstərir. Bu da gündə bir milyondan çox sərnişin daşınması deməkdir.”

“Ümumi yanaşma budur ki, 2030-cu ilə qədər Bakı 30 ən yaxşı şəhər sırasına qoşulsun. Bunun üçün də nəqliyyat sistemi gözəlləşdirilməlidir. Yaxın gələcəkdə avtobusların sayını bir az da artırmağı düşünürük”, – deyə, o, əlavə edib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş