Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
Xarici siyasət

Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun yeni regional ofisinin rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət üzrə nazir Adil Kərimli, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycandakı səfirləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və müxtəlif ölkələrin səfirləri, həmçinin ictimai-siyasi xadimlər iştirak ediblər.

ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan, bu tarixi tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.

Çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki vurğulayıb ki, yeni regional ofisin açılışı uzun müddətdir arzulanan bir layihənin reallaşmasıdır. O, bu ofisin, əsrlər boyu müxtəlif sivilizasiyaların qovuşduğu Bakıda, təhsil, elm, mədəniyyət və kommunikasiyanın harmoniya içində birləşəcəyi bir mərkəz olacağını bildirib.

Salim bin Məhəmməd əl-Maliki əlavə edib ki, ofis yalnız Azərbaycana deyil, Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə də xidmət göstərəcək və regionda əməkdaşlıq ruhunu təşviq edəcək. O, daimi dəstəyi üçün Prezident İlham Əliyevə və layihənin reallaşmasına dəstək verən Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Bu ofisin xüsusiyyətlərini izah edən Salim bin Məhəmməd əl-Maliki, onun fərqli ideyalar və əməkdaşlıq ruhu ilə fəaliyyət göstərəcəyini qeyd edib. Həmçinin, bu ofis gənclərin gələcəyinin formalaşmasında müdrikliyi və biliyi artırmaq məqsədini daşıyacaq.

Tədbirdə ICESCO-nun yaranma tarixi və Azərbaycanla olan ikitərəfli əlaqələr haqqında videoçarx nümayiş olunub. Sonda Leyla Əliyeva ofisin xatirə kitabına ürək sözlərini yazıb.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video