Mayın 2-də saat 19:30 radələrində paytaxt sakini Şərafət Babayevanın yaşadığı ünvanda tanışı 20 yaşlı Murad Əhmədov tərəfindən döyülməsi və ona kəsici alətlə xəsarət yetirilməsi barədə polisə müraciət daxil olub.
Məlumata görə, bu haqda DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O bildirib ki, əməli törətməkdə şübhəli bilinən M. Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib, müvafiq izahatlar alınıb.
Təhqiqat araşdırmaları davam etdirilir.