Barış Alper Yılmazı transfer etmək istəyən klublar 40 milyon avro ödəməli olacaqlar

Fidan Məmmədli
0 Min Read

“Qalatasaray” Barış Alper Yılmazı transfer etmək istəyən klublardan 40 milyon avro tələb edəcək.

 “SporX” xəbər verir ki, “sarı qırmızılar”ın rəsmiləri Barış Alper Yılmazın transfer dəyərini 40 milyon avroya yüksəldiblər.

Futbolçunu transfer etmək istəyən İngiltərə klubları “Qalatasaray”la danışıqlara başlayacaqlar.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm çıxdığı 48 oyunda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

    Share This Article
    Şərh edilməmiş