Gədəbəy Rayon Məhkəməsində 13 yaşlı oğlanı vurub öldürməkdə təqsirləndirilən Amil Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Əliyev 5 il 2 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində qeydə alınıb.
KIA markalı minik maşını kənd ərazisində bayram tonqalının yanında dayanan 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub.
Piyada hadisə yerində ölüb.