Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq.
Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Yaxın Şərq turu çərçivəsində BƏƏ-yə gedən ABŞ prezidenti Tramp Əbu-Dabidəki “əl-Vatan” sarayında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Tramp Əl Nəhyanla təkbətək görüşündən sonra verdiyi açıqlamada növbəti on il ərzində ABŞ-a 1,4 trilyon dollarlıq sərmayə qoyduğuna görə BƏƏ-yə təşəkkür edib.