BƏƏ lideri İlham Əliyevə zəng etdi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Məlumata görə, telefon danışığı zamanı dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.

Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş