ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında aparılan danışıqlardan danışıb.
“Biz İranla çox yaxşı danışıqlar aparırıq. Bunun bir məna kəsb edib-etmədiyini görəcəyik, amma yaxşı danışıqlar aparırıq”, – Tramp bildirib.
Qeyd edək ki, daha öncə məlumatda İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirmişdi ki, İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı təmaslar davam edir.