BMU-da ilk dəfə “Data analitika” ixtisası açılacaq

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə bakalavriat səviyyəsi üzrə “Data analitika” ixtisasının açılması nəzərdə tutulur.

Məlumata görə, bundan başqa, 2025/2026-cı tədris ili üçün bir sıra digər yeni ixtisasların da açılması planlaşdırılır.

Qeyd edək ki, ötən il BMU-da informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri ixtisaslarını özündə birləşdirən İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.

Universitetdə informasiya texnologiyaları üzrə digər yeni ixtisasların açılması bu istiqamətdə gerçəkləşdirilən işlərin davamıdır. Son illər, həmçinin BMU-da kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib, bp şirkətinin dəstəyi ilə ilk Kibertəhlükəsizlik laboratoriyası yaradılıb. Laboratoriya müasir, innovativ informasiya-kommunikasiya texnologiyaları avadanlığı və proqram təminatı ilə təchiz edilib.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş