Boliviyanın şimalında beş nəfərin, o cümlədən bir uşağın olduğu kiçik təyyarənin itməsindən sonra ölkə prezidenti Luis Arse hərbi qüvvələrin axtarış-xilasetmə əməliyyatına cəlb edilməsi barədə göstəriş verib.
Məlumata görə, bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb.
Təyyarə Beni rayonunun Baures yaşayış məntəqəsindən Trinidat şəhərinə uçuş həyata keçirərkən radarlardan itib.