Aprel 29, 2025
Mətbuat pr 32, Bakı
Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb
Qarabağ

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi davam edir. “Report” xəbər verir ki, Ağdam rayonu Sarıcalı və Xocalı rayonu Ballıca kəndlərinə yeni köç karvanları yola salınıb. Sarıcalı kəndinə 39 ailə (169 nəfər), Ballıca kəndinə isə 15 ailə (68 nəfər) köçürülüb. Bu ailələr müvəqqəti olaraq müxtəlif bölgələrdə yaşayan keçmiş məcburi köçkünlərdir.

Köç edən sakinlər dövlət qayğısına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edərək, torpaqların azad olunmasında şəhid olanları xatırlayıblar. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində 40 mindən çox insan, o cümlədən bərpa və quruculuq layihələrində çalışan mütəxəssislər yaşamaqdadır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video