Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldoya adı açıqlanmayan Braziliya klubundan təklif gəlib.
Məlumatda deyilir ki, portuqaliyalı futbolçuya transfer qiymətlərini aşan şərtlər təklif edilir.
Ronaldonun bu təklifi qəbul etməklə klublararası dünya çempionatında oynamaq imkanı da qazanacağı vurğulanır.
Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 39 oyuna 33 qol vurub, 4 qol ötürməsi edib.