Fransanın brinci xanımı Bricit Makronun təyyarədə həyat yoldaşı, prezident Emmanuel Makronun üzünə şillə vurmasının ardınca nə dediyi məlum olub.
Bu barədə məlumatda dodaqdan oxuyan ekspertə istinadla xəbər verilib.
Mütəxəssisin sözlərinə görə, Bricit təyyarədən enərkən Makronun ünvanına sərt ifadə işlədib.
Ekspert onun sözlərini belə çatdırıb: “Degage, espece de loser”. Yəni “Məndən uzaq dur, uğursuz”.
Xatırladaq ki, qalmaqallı hadisə mayın 26-da Vyetnamın Hanoy şəhərində prezident təyyarəsində baş verib. Video sürətlə yayılıb və Yelisey sarayı tərəfindən onun həqiqiliyi təsdiqlənib.