Bu bayrağın orada nə işi var?

Fidan Məmmədli
1 Min Read

28 May- Azərbaycan 107 yaşını qeyd edir…

Məlumata görə, belə simvolik tarixdə 30 il erməni işğalında olan və yenidən öz azadlığına qovuşan Laçın mühüm tədbirlərə ev sahibliyi edir.

Belə desək, ölkəmiz ən xoş gününü qardaş dövlətlərlə qeyd edir.

Bir yanda Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü dünya gündəmində danışılır.

Digər tərəfdə isə AXCP üzvləri Cümhuriyyətimizin qurucularından biri olan, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edir.

Məsələnin ziyarətlə heç bir əlaqəsi yoxdur, söhbət ondan gedir ki, belə önəmli gündə, Novxanıda niyə məhz Avropa İttifaqının (Aİ) bayrağı dalğalanır?

Məgər təməli 1918-ci ildən qoyulan Azərbaycandan 34 il sonra yaranan bu qurumun (1952) dövlətçilik ənənələrimizdə hansısa rolu olubmu?

Və ya, torpaqlarımızın illərlə işğalda olduğu dönəmdə, Qarabağ savaşlarında, Qərbin hansı dəstəyini müşahidə etmişik?

Əgər ortada bir müşahidə olubsa, o da dırnaqarası Aİ müşahidəçilərinin qərəzli mövqeyini nümayiş etdirib.

Görünür cəbhəçilərə bunu dərk etməyə 30 il işğal dövrü, Vətən müharibəsi və üstündən keçən 5 il kifayət etməyib…

Mənbə

    Share This Article
    Şərh edilməmiş