Xəbər verdiyimiz kimi, “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal matçında “İnter”ə məğlub olaraq (4:3) turnirlə vidalaşıb.
Məlumata görə, görüşün final fitindən sonra Kataloniya təmsilçisinin oyunçuları göz yaşlarını saxlaya bilməyiblər.
Qeyd edək ki, “Barselona” beş dəfə Çempionlar Liqasının qalibi olub. Klub sonuncu dəfə 2014/2015 mövsümündə “Yuventus”u 3:1 hesabı ilə məğlub edərək kuboka yiyələnib.
Görüntüləri təqdim edirik:







