Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
Digər

Bu gün 9-cu siniflərin buraxılış imtahanı keçiriləcək

247press-in “APA”-ya istinadən əldə etdiyi məlumata görə, 27 aprel 2025-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən bildirildiyinə görə, imtahan Bakı şəhərinin Sabunçu, Nizami, Xəzər, Pirallahı rayonlarında, eləcə də Sumqayıt, Abşeron, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad, Masallı, Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz, Quba, Bərdə, Tərtər, Ağdərə və Laçında keçiriləcək.

Aprelin 27-də xüsusi məktəblərin (internat, cəzaçəkmə müəssisələrindəki məktəblər) və ingilis, gürcü dillərini tədris edən məktəblərin şagirdləri də imtahanda iştirak edəcəklər. İmtahan saat 11:00-da başlayır, iştirakçılar isə saat 10:45-dən sonra imtahan binasına buraxılmayacaqlar. İmtahanda ümumilikdə 51,908 şagirdin iştirakı nəzərdə tutulur.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video