Bu gün Avroliqanın qalibi bəlli olur

Fidan Məmmədli
0 Min Read

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

Məlumata görə, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Mənbə

    Share This Article
    Şərh edilməmiş