“Bu gün mənim də ad günümdür” – Vətəndaşın Prezidentlə söhbəti

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

Məlumata görə, ölkə başçısı Ağdam sakini ilə maraqlı söhbət edib.

Sakin: Mənim ürəyimdə bir söz var, oraya qədər deyim. Sizin çox gözəl kəlamınız var. Hər bir vətəndaşın Prezidenti olacağam.

Prezident İlham Əliyev: Bəli, onu 2003-cü ildə demişdim.

Sakin: Mübarək ad gününüzü xalq arasında keçirirsiniz. Bu gün isə Ulu Öndərimizin, – qəbri nurla dolsun, – ad günüdür. Eyni zamanda, mənim də ad günümdür, sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin.

Prezident İlham Əliyev: Təbrik edirəm. Sağ olun.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş