247Press – Azərbaycan Xəbər Portalı Blog Siyasət “Bu, tələbəlik illərimdə daim beynimdə olub” – Pezeşkian
Siyasət

“Bu, tələbəlik illərimdə daim beynimdə olub” – Pezeşkian

“Bu, tələbəlik illərimdə daim beynimdə olub” 
							
 - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə iştirak etdiyi biznes forumunda bildirib ki, Azərbaycan və İran nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkələrdir və Şimal-Cənub, eləcə də Şərq-Qərb marşrutlarını həyata keçirə bilərlər.

Pezeşkian, qonşu ölkələrin rəhbərləri ilə görüşlərində tez-tez bir ideyanı irəlilətdiyini, bu fikrin isə tələbəlik illərindən bəri onun ağlında olduğunu vurğulayıb: “Biz onsuz da bir yerdə idik. Aramızdakı sərhəd elə bil qonşu və ailə arasında olan sərhəddir; hərəsi bir tərəfdə bir divar və bir qapıya malikdir, amma həmişə bir yerdədirlər, bir-birini görürlər və bir-biri ilə əlaqələrə malikdirlər. Niyə biz birlikdə bir qatara minərək Pakistandan İrana, Azərbaycana, Türkiyəyə, İraqa, Ərəbistana səfər etməyək? Axı, bir-birimizlə bu əlaqələri rahat şəkildə yaratmaq üçün nə problem var ki…”

Mənbə

Exit mobile version