May 1, 2025
Mətbuat pr 32, Bakı
Bundesliqanın iki klubu Mahir Emrelini transfer etmək istəyir
Futbol

Bundesliqanın iki klubu Mahir Emrelini transfer etmək istəyir

Azərbaycan millisinin və “Nürnberq”in hücumçusu Mahir Emreli komandanı tərk edə bilər.

Məlumata görə, o, karyerasını elə Almaniyada davam etdirməyə yaxındır.

Futbolçu ilə Bundesliqadan 2 klub yaxından maraqlanır.

Klubların adı açıqlanmasa da, Mahirin transferində israrlı olduqları bildirilir. Bu barədə Almaniya mətbuatında da xəbərlər yayılmağa başlayıb.

Mahir isə “Nürnberq”i tərk etmək istəmir. O, komandada qalaraq, son matçlardakı uğurlu performansını davam etdirmək niyyətindədir.

Lakin ciddi təklif olacağı halda, həmyerlimiz mövsümün sonunu gözləyəcək.

Qeyd edək ki, Emrelinin II Bundesliqa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video