247Press – Azərbaycan Xəbər Portalı Blog Dünya “Bunların hamısı 24 karatlıq qızıldır” – Ağ Evi yeniləyir
Dünya

“Bunların hamısı 24 karatlıq qızıldır” – Ağ Evi yeniləyir

“Bunların hamısı 24 karatlıq qızıldır” 
							
 - Ağ Evi yeniləyir

ABŞ Prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyir.

Amerika lideri bu barədə “Atlantic” jurnalına müsahibəsində açıqlayıb: “Bəli, mən bunu özüm edirəm. Oraya baxın, yuxarını görürsünüz? Hamısı Mar-a-Laqodandır… Bunların hamısı 24 karatlıq qızıldır. Maraqlıdır ki, insanlar heç vaxt qızıla bənzəyən boya icad etməyiblər.”

O, Ağ Evin otaqlarından birinin çilçırağını yeniləmək niyyətində olduğunu bildirib, lakin hələlik “Çin və Rusiya ilə çox məşğuldur”.

Tramp, həmçinin, təmirdən sonra Oval kabinetin lazım olduğu kimi görünməyə başlayacağını vurğulayıb.

Mənbə

Exit mobile version