Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.
Məlumata görə, ilk oyunlar çərçivəsində iki görüş baş tutub.
“Betis” öz meydanında “Fiorentina”nı qəbul edib. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə “Çelsi”ni sınağa çəkib. İngiltərə təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın etməyi bacarıb.
Qeyd edək ki, tərəflər arasında cavab oyunları mayın 8-də keçiriləcək.
Leave feedback about this