“Çelsi” və “Betis” finala yüksəldi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Məlumata görə, “Çelsi” səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə qarşılaşıb.

London klubu rəqibini 1:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

“Betis” isə doğma meydanda çətinliklə məğlub etdiyi “Fiorentina” ilə səfərdə üz-üzə gəlib. Cavab matçının əsas vaxtı “Fiorentina”nın 2:1 hesablı üstünlüyü ilə başa çatdığından əlavə hissələr oynanılıb. Burada daha bir qol vuran ispanlar finala yüksəlib – 2:2.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

23:00. Fiorentina (İtaliya) – Betis (İspaniya) – 2:2
Qollar: Qosens, 34, 42 – Antoni, 30, Ezzazouli, 97

İlk oyun – 1:2.

23:00. Çelsi (İngiltərə) – Yurqorden (İsveç) – 1:0
Qol: Devsbury-Hall K, 38.
İlk oyun – 4:1.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version