Çempionlar Liqasının yarımfinalında qol yağışı: İlk finalçı müəyyənləşdi

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “İnter” evdə “Barselona”nı qəbul edib.

Məlumata görə, “Cüzeppe Meatsa” stadionunda keçirilən oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb – 3:3.

Simone İnzaqinin yetirmələri qarşılaşmanın ilk hissəndə rəqib qapısına iki dəfə yol tapa biliblər. Argentinalı Lautaro Martines 21-ci, türkiyəli Hakan Çalhanoğlu isə 45-ci dəqiqədə penaltidən “Barselona”nın azarkeşlərini məyus ediblər.

İkinci hissədə Hans Flikin yetirmələri üstünlüyü ələ keçirərək, ardıcıl üç dəfə fərqləniblər. Erik Qarsiya 54-cü dəqiqədə hesab arasında fərqi minimuma endirib, Dani Olmo isə 60-cı dəqiqədə baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Rafinya 88-ci dəqiqədə “Barselona”nı önə çıxarsa da, Françesko Açerbi 90+3-cü dəqiqədə “İnter”i məğlubiyyətdən xilas edib.

Tərəflər arasında ilk görüş də 3:3 hesablı heç-heçə ilə başa çatdığından matçda əlavə 30 dəqiqə təyin edilib. Burada Frattezi Şensnını məyus edərək, “İnter”ə tarixi qələbə qazandırıb – 4:3.

Qeyd edək ki, “İnter” finalda PSJ – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş