Ceyhun Bayramov: “2020-ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub”

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

“Mina xəritələrinin təqdim olunmasında Ermənistan qeyri-ardıcıl davranış nümayiş etdirib”. Məlumata görə, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, öncə mina xəritələrinin mövcudluğunu inkar edən Ermənistan beynəlxalq təzyiqlər nəticəsində 2021-ci ilin iyun ayında bəzi xəritələri təqdim etdi: “Lakin təqdim olunan xəritələrin də yalnız 25%-i istifadəyə yararlıdır. Üstəlik, bir çox ərazilərlə bağlı heç bir xəritə təqdim edilməyib. 2020-ci ilin noyabr ayından sonra 400-ə yaxın mina hadisəsi baş verib. Bu partlayışların hamısı mina xəritəsi təqdim edilməyən ərazilərdə baş verib. 2020-ci ildən 2023-cü ilə qədər Ermənistan Qarabağa mina daşıyırdı. 2020-ci ildən sonra sülhməramlıların olduğu bölgədə əraziləri yenidən minalayıb ki, bu da həm Üçtərəfli Bəyanatın, həm də üzərinə götürdüyü öhdəliklərin pozulması deməkdir”.

Aygün Mirakif

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş