Ceyhun Bayramov həmkarı ilə telefon danışığı aparıb

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Nazirlər həmçinin beynəlxalq platformalarda əməkdaşlıq istiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarını bildiriblər.

Telefon danışığı zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş