Çində torpaq sürüşməsi nəticəsində ölənlər var

Fidan Məmmədli
0 Min Read

Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində dörd nəfər həlak olub, daha 17 nəfər itkin düşüb.

Bu barədə  “Reuters” agentliyi xəbər verir.

Xilasetmə əməliyyatlarında iştirak etmək üçün hadisə yerinə hərbçilər göndərilib.

Hakimiyyət orqanları yaxınlıqdakı ərazilərdə mümkün geoloji fəlakətlər barədə xəbərdarlıq edib.

    Share This Article
    Şərh edilməmiş