COP29-a dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb

Fidan Məmmədli
1 Min Read

Ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dövlət büdcəsindən 10 milyon manat vəsait xərclənib.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Qeyd edilib ki, İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri üçün 4,5 milyon manat, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün 3,5 milyon manat, 11-ci Qlobal Bakı Forumu üçün 2,6 milyon manat, Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün 2,3 milyon manat və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü iclasının İsveçrə Konfederasiyasında keçirilməsi üçün 1 milyon manat vəsait ayrılıb.

Digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.

    Share This Article
    Şərh edilməmiş