COP29 prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Nevski Beynəlxalq Ekoloji Konqresində hər kəsi COP29-da qəbul edilmiş Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsinə (Declaration on Water for Climate Action) qoşulmağa çağırıb.
Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Məlumatda qeyd olunub ki, Muxtar Babayev Xəzər dənizinin səviyyəsinin azalması probleminin həllinə həsr olunmuş regional əməkdaşlıq sessiyasının moderatoru olub.