Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.
Məlumata görə, bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb.
Dua uşağın ayağında dəmrov olan hissəyə əks olunub.
“İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəsilə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq” – həkim videoya şərh verib.
Həmin görüntüləri təqdim edirik:
Leave feedback about this