Dini etiqad azadlığının qorunmasında hüquqi və institusional çərçivələr əsas rol oynayır

1 Min Read

“Dini etiqad azadlığının təmin olunmasında bu sahədə mövcud hüquq normalarının qorunması və bununla bağlı institusional çərçivələr mühüm xarakterə malikdir”.

Bu fikirləri Essex Universitetinin əməkdaşı Ahmed Shaheed Bakıda təşkil olunan “İslamafobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq tədbirin “Antimüsəlman nifrət siyasəti: Hüquqi Çərçivələr və Təbliğat Strategiyaları” panelində deyib.

A. Shaheed bu sahədə növbəti məsələnin görüləcək işlərə müvafiq büdcənin ayrılması və onun sərf olunmasında şəffaflıqla bağlı olduğunu diqqətə çatdırıb:

“Hesab edirəm ki, dini hüquqları əvvəlcədən müəyyən etsək bu zaman onların uğurlu olub-olmamasını da aşkara çıxarmaq olar. Dini etiqad azadlığının təmin olunmasında bu sahədə mövcud hüquq normalarının qorunması və bununla bağlı institusional çərçivələr də mühüm xarakter daşıyır. Daha bir məsələ isə görüləcək işlərə müvafiq büdcənin ayrılması və onun sərf olunmasında şəffaflıq məsələsidir. Nəticədə etibarilə bütün bu imkanlar əlçatan olmalıdır. Əsas göstəricilər məhz bu amillərdir. Biz əslində müsəlman icmalara hökumət orqanlarına müraciət səlahiyyəti veririk. Hesab edirəm ki, institusional çərçivələrin müəyyən edilməsi həlli vacib olan prioritet məsələdir”.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version