Dörd ayda Bakıda 10.8 mlrd. manatlıq məhsul satılıb

Fidan Məmmədli
1 Min Read

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 10 milyard 860,4 milyon manat olub.

Bu barədə  Bakı şəhər Statistika İdarəsindən bildirilib. 

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz artaraq 6005,9 milyon manata, qeyri-ərzaq malları isə 7,7 faiz artaraq 4854,5 milyon manat olmuşdur. İstehlak məhsullarının 39,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Qeyd edilib ki, bu dövrdə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,2 faiz artaraq 3003,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2458,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş