Uruqvayın xərçəng xəstəliyindən əziyyət çəkən keçmiş Prezidenti Xose Muxika 90 yaşında vəfat edib.
Məlumata görə, bu barədə Uruqvayın hazırkı Prezidenti Yamandu Orsi “X”də məlumat verib.
“Dərin kədər hissi ilə yoldaşımız Muxikanın vəfatını bildiririk”, – o yazıb.
Qeyd edək ki, X. Muxika 2010-2015-ci illərdə Uruqvayın prezidenti olub. Daha sonra vəzifəsini tərk edərək yerli Senata seçilib və 2018-ci ildə vaxtından əvvəl istefa verib. Muxika öz sadə həyat tərzi ilə dünya siyasətində tanınan simalardan biri olub və mediada “dünyanın ən kasıb prezidenti” adlandırılıb. O, hətta prezident olduğu dövlərdə kənd evində yaşamağa davam edib və dövlət başçısı maaşının böyük hissəsini xeyriyyə üçün ayırıb.