“Red Bull” komandasının pilotu, “Formula-1” üzrə dördqat çempion Maks Ferstappen ata olub.
Məlumata görə, o bu barədə instaqram hesabında paylaşım edib.
O, sevgilisi Kelli Pike və yeni doğulmuş qızı ilə birgə fotosunu yayımlayıb.
“Dünyaya xoş gəldin, balaca Lili. Ürəklərimiz heç vaxt olmadığı qədər doludur – sən bizim ən böyük hədiyyəmizsən. Səni çox sevirik”, – Ferstappen yazıb.
Qeyd edək ki, Kelli “Formula-1”in üçqat çempionu Nelson Pikenin qızıdır. Cütlük 2020-ci ildən bəri birlikdədir.
Kelli 2017-2019-cu illərdə rusiyalı pilot Danil Kyvat ilə görüşüb və 2019-cu ilin iyul ayında ondan Penelopa adlı qızı olub.