Əlibıçaqlı qadın avtobusda təşviş yaratdı – Video

Fidan Məmmədli
0 Min Read

Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Görüntülərdən qadının ruhi-psixoloji vəziyyətinin yerində olmadığı görünür:

Mənbə

    Share This Article
    Şərh edilməmiş