Müğənnilər Dua Lipa, Elton Con və Pol Makkartni, yazıçı Kazuo İşiquro və aktyor İan MakKellen də daxil olmaqla 400-dən çox Britaniya ulduzu ölkənin Baş naziri Kir Starmerə süni intellektin məhdudlaşdırılması ilə bağlı məktub yazıblar.
Məlumata görə, bu barədə məlumatda deyilir ki, BBC bildirir.
Məktubda tanınmışlar Starmerdən süni intellektə qarşı müdafiə tələb edərək bildiriblər ki, bu müdafiənin olmaması onların işinin texnologiya şirkətlərinə ötürülməsi deməkdir.
Onlar həmçinin qeyd ediblər ki, Böyük Britaniyanın yaradıcı dövlət kimi mövqeyi də təhlükə altındadır.