May 2, 2025
Mətbuat pr 32, Bakı
Elxan Cəfərova vəzifə verildi
Cəmiyyət

Elxan Cəfərova vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinə müşavir təyinatı olub.

Məlumata görə, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan “Yuğ” teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995–1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki “Proloq” studiyasının bədii rəhbəri olub.

Rejissor Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. “Dolu” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatı ilə təltif olunub. Professional Kinorejissorlar Gildiyası İdarə heyətinin üzvüdür.

Qeyd edək ki, ötən gün Kino Agentliyinə baş direktor təyin olunub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video