Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edəcək.
Məlumatda deyilir ki, bu barədə Şuranın Mətbuat Xidməti məlumat verib.
Qriqoryan mayın 16-da Tehrana işgüzar səfərə gedəcək. Orada o, “Tehran Dialoqu-2025” forumunda iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.