Ermənistana casusluqda ittiham olunan İqbal Əbilova hökm oxunub

Fidan Məmmədli
1 Min Read

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra edərək dövlətə xəyanətdə təqsirləndirilən İqbal Şahin oğlu Əbilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, o, 18 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

İqbal Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham edilib.

    Share This Article
    Şərh edilməmiş